COP29

Oğurluq hadisəsini törədən klubun öz əməkdaşı imiş… Üzləşdilər, hadisəni etiraf etdi

31 Oktyabr 2023 11:00 Qalmaqal 954
Oğurluq hadisəsini törədən klubun öz əməkdaşı imiş… Üzləşdilər, hadisəni etiraf etdi

Gəncə şəhər stadionunda oğurluq hadisəsi baş verməsi barədə xəbəri dünən oxucularımızın diqqətinə çatdırmışdıq.

Qeyd etmişdik ki, AFFA-nın balansında olan və arenanın ərazisində saxlanılan iritutumlu qaz boruları yoxa çıxıb.

Xeyli sayda boru gecəylə buradan daşınıb.

Federasiya bir neçə min manat dəyərində avadanlığın oğurlanmasından xəbərdardır. Qurum «Kəpəz» rəhbərliyi ilə bərabər hazırda araşdırma aparır.

Bunu kimin etməsi də artıq müəyyənləşib. Hadisə klubda çalışan şəxslərdən biri tərəfindən törədilib.

Stadionda çalışan mühafizəçi təhqiqat zamanı onun kimliyini açıqlayıb. Bildirib ki, həmin əməkdaş gecədən xeyli keçmiş arenaya gələrək, kəsilmiş qoz borularının kənara daşınması barədə tapşırıq aldığını söyləyib.

Bu göstərişin birbaşa klub rəhbərliyindən gəldiyini deyib, o da daşınma prosesinə şərait yaradıb.

Üzləşmə vaxtı mühafizəçi gördüklərini bir daha açıqlayıb, şübhəli şəxs qismində göstərilən funksioner isə hər şeyi olduğu kimi etiraf edib.

Məlum olub ki, o, rəhbərliyin adından sui-istifadə eləyib, qiyməti təqribən 4000 manatın üstündə qaz borularını isə satmaq üçün stadiondan aparıb.

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri humanistlik nümayiş etdirib. Olayın səbəbkarının uzun illər burada çalışmasını, həmçinin ailə vəziyyətini nəzərə alıb.

İşdən çıxmaqla bağlı ərizəni alandan sonra cinayət işinin açılması üçün iddia irəli sürməyib. Nadiri qalmaqalın böyüməməsi, klubun imici üçün bu addımı atıb. Hadisəni törədən əməkdaş apardığı avadanlığı geri qaytarıb.

Gəncə stadionu yaxınlarda təmirə bağlanıb. Ərazi dəmir lövhələrlə hasarlanıb.

Tezliklə burada böyük yenidənqurma işləri aparılacaq. İnşaat tədbirlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"