Azərbaycanda QALMAQAL yaşayan klub hüquq-mühafizə orqanlarından kömək istədi

24 Oktyabr 2023 11:20 Qalmaqal 798
Azərbaycanda QALMAQAL yaşayan klub hüquq-mühafizə orqanlarından kömək istədi

I Liqada mübarizə aparan «İrəvan»ın rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu mövsümdən aşağı liqada yarışmağa başlayan klubun idarəçiləri ötən həftə yaşadıqları problemin araşdırılmasını istəyib.

Yəqin aydın oldu: söhbət futbolçuların kütləvi etirazından və 5-ci tur çərçivəsində «İmişli» ilə oyunun baş tutmamasından gedir.

Dörd aydır əməkhaqqı almadıqlarını iddia eləyən komanda üzvləri səfərə çıxmaqdan boyun qaçırıb. Maaş borcunun bir hissəsinin ödəniləcəyi barədə onlara vəd versələr də, yenə fikirlərindən dönməyiblər.

Odur ki, AFFA İntizam Komitəsinin «İrəvan»a 0:3 hesablı texniki məğlubiyyət verməsi qaçılmaz olub.

Klub başbilənləri bu fikirdədir ki, oyunçulara kənar qüvvələr tərəfindən təzyiq və təsir göstərilib.

Hüquq-mühafizə orqanlarında edilən müraciətin əsasında da bunun tapılıb üzə çıxarılması istəyi dayanır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA