Borc üstündə narazılıq böyüyür - 5000 manat güzəştə getdilər, ancaq…

19 Oktyabr 2023 23:00 Qalmaqal 944
Borc üstündə narazılıq böyüyür - 5000 manat güzəştə getdilər, ancaq…

«Qəbələ» ilə «Kəpəz» rəhbərliyi arasında narazılıq böyüməkdədir.

Ötən mövsümdən qalan borc iki klubun münasibətlərindəki gərginliyi özünün pik həddinə çatdırıb.

Baxmayaraq ki, «qırmızı-qaralar» növbəti dəfə güzəştə getməyə hazır olduqlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Söhbət 25 min manat borcdan gedir. İş ondadır ki, «Kəpəz» keçən sezonun gedişində dəfələrlə rəqiblərini Qəbələdə qəbul edib.

Yerli klubun baza və stadionundan bu məşqədlə yararlanıblar. O tarixdən bu yana borc yığılb qalıb və «Qəbələ» tərəfi dönə-dönə «Kəpəz»ə müraciət edərək, göstərilən məbləğin ödənilməsini istəyib.

Son olaraq isə borcdan 5000 manatı «sildiklərini» bildiriblər. Fəqət, Gəncə tməsilçisi yerdə qalan vəsaiti də bu tezliklə ödəməyə hazır olmadıqlarını onların diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA