Prezidentini göstər, deyim, necə komandasan!

19 Oktyabr 2023 14:00 Qalmaqal 790
Prezidentini göstər, deyim, necə komandasan!

“İrəvan” ilk texniki məğlubiyyətini alacaq.

Bir neçə ay bundan öncə Premyer Liqaya çıxacaqlarını, Avropada at oynadacaqlarını, qitənin mərkəzinə kimi gecədəklərini deyən klub bu gün İmişliyə gedib çıxa bilmir.

Niyə belədir? Çünki beyinlər keçmişdə qalıb, komandanın rəhbərliyi özünü 90-cı illərdə kimi hiss edir.

Yalan vədlər, futbolçuları, içtimaiyyəti aldatmaq və beləcə, mövsümü yola vermək.

Onlar düşünür ki, keçmişdəki kimi futbolçuya 10 manat söz verib, sonra rahatlıqla pulu ödəməyib mövsümü yola verə bilərlər. Azərbaycan futbolunda belə şeylər çox olub.

Məşqçilərin, futbolçuların ödənişləri verilməyib və buna görə də bu gün bir çox komandalara UEFA və FİFA tərəfindən sanksiyalar tətbiq olunub.

Borcu olduğuna görə bir çox komandalar özü adı ilə çıxış edə bilmir. Aadını dəyişir və ya adının sonuna hərf və ya rəqəmlər əlavə edirlər.

İrəvan bizim tarixi torpağımızdır. Bu ad müqəddəsdir və bu ada qarşı sanksiyanın qoyulmasının qarşısını birlikdə almalıyıq.

Təəssüf ki, “İrəvan” rəhbərliyi bunu dərk etmir. Belə bir deyim var, “dostunu göstər, deyim, kimsən”.

Yəni prezidentini göstər, deyim, necə komandasan. “İrəvan” FK-nın prezidenti Zahid Niyazəliyevdir.

İnanın, bu adamı heç kimdən soruşmağa ehtiyac yoxdur. İnternetdə axtarış versəz, sosial şəbəkələrdə onun haqqında yazılanları oxusaz, kifayətdir.

Bu boyda layihəni belə insanlara etibar etmək olmaz, qətiyyən olmaz! Ümumiyyətlə, belə insanları futbola yaxın buraxmaq olmaz.

İmici korlanmış, keçmişdə min oyundan çıxmış insanlar futbolumuzdan uzaq tutulmalıdır. Maliyyə sıxıntısı bütün komandalarda olur, bu, normal haldır.

Amma burada durum fərqlidir: futbolçular, məşqçilər aldadılıb.

İndi də komandanın rəhbərliyinin nüfüzü yoxdur ki, onlara oyuna çıxmağın vacibliyini, mövsümün sonuna kimi çıxış etməli olduqlarını deyə bilsinlər.

İnanın, klubun prezidenti Zahid Niyazəliyev yox, başqası olsİydı, bəlkə də futbolçular bağlanmış müqavləyə baxmayıb, mövsümün sonuna kimi simvolik məbləğə də çıxş edərdilər.

Artıq gecdir! Təəssüf ki, çox gözəl bir layihə qeyri-peşəkar insanlara həvalə olunduğuna görə beşikdəcə boğuldu.

«Hər işdə bir xeyir var» deyiblər. Eybi yox, lap komanda yarışdan çıxsa da, ən azı, sevinəcəyimiz məqam o olacaq ki, Zahid Niyazəliyev Azərbaycan futbolunda olmayacaq.

Buna da şükür!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA