Premyer Liqanın iki klubu arasında BORC QALMAQALI yarandı

14 Oktyabr 2023 14:40 Qalmaqal 1 060
Premyer Liqanın iki klubu arasında BORC QALMAQALI yarandı

«Qəbələ» ilə «Kəpəz» rəhbərliyi arasında narazılıq yaranıb.

Bunun kökünlə borc məsələsi yaranıb.

Belə ki, Gəncə klubu ötən mövsümün gedişində bir neçə dəfə Qəbələ stadionunda ev oyunlarını keçirib, di gəl, buranın əsl sahiblərinə ödəmə etməyib. Nəticədə qərb təmsilçisinin «qırmızı-qaralar»a 25 min manat borcu əmələ gəlib.

«Qəbələ» tərəfi indi həmin məbləğin ödənilməsini istəyir.

Stadionu təmirə bağlanan «Kəpəz»in yenidən Qəbələyə üz tutmamasının gerçək səbəbi budur. Maliyyə çatışmazlığı ilə üzləşən gəncəlilər bundan sonra rəqiblərini Tovuzda qəbul eləyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA