“Qarabağ”lı futbolçu ilə onun çantasını oğurlamaqda şübhəli bilinən şəxsin QALMAQALIN VİDEOSU

9 Oktyabr 2023 12:40 Qalmaqal 946
“Qarabağ”lı futbolçu ilə onun çantasını oğurlamaqda şübhəli bilinən şəxsin QALMAQALIN VİDEOSU

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev “Neftçi” ilə matçdan sonra polis şöbəsinə dəvət edilib.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun azarkeşlə arasında yaranan mübahisə olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib.

Futbolçunun çantasını oğurlamaqda şübhəli bilinən stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb.

Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!