II Liqada çıxış edən «Göygöl» saxtakarlığa yol verib.
Hadisə dünən keçirilən 5-ci turun oyununda qeydə alınıb.
Belə ki, «Dinamo»nu qəbul edən ev sahiblərinin heyətində meydana çıxan və 33-cü dəqiqədə qol vuran Fərid Məmmədov, əslində, «Şəmkir»in futbolçusudur.
Adıçəkilən yavrımmüdafiəçi 3-cü turda «Şəmkir»in heyətində «Dinamo»ya qarşı 31 dəqiqə forma geyinib. O, həmin görüşdə erkən əvəzlənməsinə etiraz əlaməti olaraq düşərgəni tərk edib və «Göygöl»ə yollanıb.

İkincilər isə Məmmədovla bağlı heç bir araşdırma aparmadan onunla müqavilə bağlayıb və xidmətindən yararlanıb.
«Dinamo»nun hələ bu hadisənin mahiyyətindən xəbərdar olub-olmadığı bizə bəlli deyil.
İstənilən halda, AFFA İntizam Komitəsi olayı nəzarətə götürməli, təhqiqat aparmalı, son matçda 4:3 hesablı qələbə qazanan «Göygöl»ə texniki məğlubiyyət verməlidir.
SPORTİNFO.AZ

