ŞOK! Pulu mənimsənilən şəxs klub prezidentini tapa bilmir - FOTO

30 Sentyabr 2023 16:40 Qalmaqal 1 769
ŞOK! Pulu mənimsənilən şəxs klub prezidentini tapa bilmir - FOTO

Bu ildən Birinci Liqada iştirakına icazə verilən “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev son vaxtlar gündəmin adamıdır.

Mətbuat vasitəsilə Alı Alıyevlə Elbrus Məmmədova söz atan, hər imkanda öz fəaliyyətini yüksək qiymətləndirən klub rəhbərinin sevilmədiyi gün kimi aydındır.

Bir müddət “İrəvan”ın baş məşqçisi olmuş Elbrus Məmmədov mətbuata açıqlamasında Niyazəliyevlə bağlı bilmədiyimiz faktları açıqlamaqla yanaşı onun həmin postda uzun müddət qalmayacağını dilə gətirmişdi.

Aliment davasına görə keçmiş həyat yoldaşının məhkəməyə müraciət etməsi ilə bağlı sənəd-sübutlu faktın yayılması da acı mənzərənin göstəricisidir.

Zahid bağlı növbəti xəbər onun həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid və təhqir olunmasıdır.

Sosial şəbəkələrdə məşhur futbol səhifələrinin birində Zahid Niyazəliyevlə Nazim Süleymanovun yanaşı şəkli yer alıb ki, bəzi şərhlər diqqət çəkməyə bilməz.

İzləyicilərdən biri bu şəxsin uşaqların pulunu mənimsədiyini yazıb, digəri hazırkı klub rəhbərini işbazlıqda günahlandırıb:

“O soldakı var e.... Mən və neçə-neçə uşağın pulunu yeyib. Yalan vəd verən ... Hələ də axtarıram, tapa bilmirəm. Onu tapın da mənim üçün”.

“Mən bu klubda oynamışam. Soldakı ... var e Zahid Niyazəliyev, “moşennikin” böyüyüdür. Bax budur Azərbaycan futbolu. Ancaq belə “moşenniklər” və onların komandaları gedir qabağa”.

P.S. Yazıda adıçəkilən şəxsə tribuna verməyə hazırıq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti