Azərbaycan futbolunda gündəm olan HƏNGAMƏ - VİDEO

26 Sentyabr 2023 07:30 Qalmaqal 930
Azərbaycan futbolunda gündəm olan HƏNGAMƏ - VİDEO

Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "Qəbələ” - "Qarabağ” oyununda insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina Bilal Auaşeriyaya zərbə vurduğu üçün oyunçular arasında dava düşüb.

Ardınca baş hakim meydana daxil olduğuna görə "Qəbələ”nin köməkçi məşqçisi Rasim Ramaldanova birbaşa qırmızı vərəqə göstərib. Daha sonra ədalət təmsilçisi Medinanı meydandan qovub.

Etirazçılar arasına qoşulan Qurban Qurbanov da vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti