
«Məni nəinki komandaya, heç stadiona yaxın buraxmırlar ».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Saatlı»FK-nın sabiq kapitanı və məşqçisi Xəyal Məmmədov deyib.
Müsahib komandanın çalışdırıcısı Şəhriyar Məmmədovun ondan yerli polis idarəsinə şikayət etməsi barədə saytımızın yaydığı xəbəri təsdiqləyib:
“Bilirəm ki, ora gedib və məndən narazılıq edib. Guya mən komandaya mane oluram, gəlib aranı qatıram.
Ona görə də stadionun qarşısında “post” qoyublar. Mən məşq olan yerə keçməyim deyə.
Bilmirəm ona neyləmişəm. Eşitmişəm deyib ki, Xəyal məşqlərdə özünü pis aparır, hamının üstünə qışqırır.
Bunların hamısı yalandır. Şəhriyarın gözü məni götürmür.
Komandanın yanında nə boyda hörmətimin olduğunu bilir və qorxur ki, futbolçular onu yox, məni eşidər.
O, Saatlıya elə futbolçular gətirib ki… Mən çoxundan güclüyəm.
Bu yaşımda meydana çıxıb yenə onlardan yaxşı oynayaram. Komandada cəmi dörd-beş normal futbolçu var.
Qalanları Region Liqasından, oradan-buradan gələnlərdir. Bu heyətlə nə yer tutmaq olar, nə də başqa nəticə qazanmaq.
Mən bu komandada da oynaya bilməsəm, bir də futboldan danışmaram”.