SİRLİ OLAYIN ÜSTÜ AÇILDI - Baş məşqçi şikayət edibmiş... Onu bura yaxın buraxmayın!

2 Avqust 2023 15:00 Qalmaqal 1 368
SİRLİ OLAYIN ÜSTÜ AÇILDI - Baş məşqçi şikayət edibmiş... Onu bura yaxın buraxmayın!

Dünən xəbər verdiyimiz kimi, Saatlı stadionunun girişində polis postu qurulub.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gündə bir neçə saat burada növbə çəkir.

Bu, yalnız “Araz Saatlı” FC-nın məşq saatlarına aiddir. Komanda sözügedən məkanda hazırlıq keçdiyi müddətdə polislər idman qurğusunun ərazisinə kənar şəxslərin daxil olmasına icazə vermir.

Məşqçi və futbolçular kimlərdən qorunur? Artıq bunun səbəbi bizə məlumdur.

Redaksiyamıza daxil olan məlumata görə, baş məşqçi Şəhriyar Məmmədov yerli polis idarəsinə müraciət edib.

O, komandanın keçmiş prezidenti və kapitanı Xəyal Məmmədovdan şikayətlənib. Bildirib ki, X.Məmmədov buradan kənarlaşdırıldığı halda, yenə kollektivin daxili işlərinə qarışır və onlara mane olur.

Asayiş keşikçiləri Ş.Məmmədovun ərizəsini qəbul edib, stadionun önündə “naryad” yaradıb. Başqa sözlə, post sırf X.Məmmədovun məşq saatlarında bura gəlməməsi üçün qurulub.

Problem ondadır ki, Region Liqasının daimi iştirakçısı “Araz”FK olsa da, Peşəkar Futbol Liqası (PFL) “Araz”FC-nı çempionata buraxıb.

Hansı ki, bu klub yenicə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

2018-ci ildə yaradılmış “Araz”FK isə PFL rəhbərliyinin ya qəsdən, ya da bilməyərəkdən yol verdiyi “səhv” ucbatından kənarda qalıb.
Əsasnaməyə görə, Region Liqasında çıxış etməyən heç bir klub I Liqada yarışa bilməz.

Peşəkar statuslu birincilikdə qüvvəsini sınamaq istəyən istənilən komanda minimum 1 mövsüm Region Liqasında varlıq göstərməlidir.

“Araz”FC 2023-cü ilin “məhsul”u olduğu halda, PFL yenicə formalaşdırılmış bu klubu “arxa bağça”dan I Liqanın sıralarına qəbul eləyib.

«Araz»FK-nı yaradan şəxs Xəyal Məmmədovdur və o, klubu ötən il atası Güloğlan Məmmədovun adına keçirib.

Komanda 5 ildir Məmmədovlar ailəsinin hesabına fəaliyyət göstərir və onların ”Araz”FC-nı yaradan şəxslərlə tanışlığı mart ayına təsadüf edib.

Ədaət və Adil adlı şəxslər ”Araz”FK-ya maliyyə dəstəyi ayıracaqlarına və I Liqaya çıxaracaqlarına dair vədlər veriblər.

X.Məmmədov bu şəxslərə inanıb və Region Liqasının pley-off mərhələsinin oyunlarının keçirildiyi əsnada işbirliyinə dair razılığa gəliblər.

Adlarını səkdiyimiz kəslərin məsləhəti ilə Şəhriyar Məmmədov baş məşqçi postuna gətirilib, həmçinin bir neçə futbolçu kollektivə cəlb olunub.

”Araz”FK bu mərhələdə ”Qusar”a uduzaraq mübarizəni dayandırıb, klubda yeni görəv alanlar isə boş oturmayıb. AFFA və PFL ilə əlaqə qurub, iki qurumun yerləşdiyi binaya gedib-gəliblər.

I Liqada çıxış etmək üçün PFL-ə məktub veriblər. Çempionatın təşkilatçısı olan qurumun rəhbərliyi isə araşdırma aparmadan, sənədləri yoxlamadan (bəlkə də kiminsə tapşırığı ilə) saxtkarlığa yol açıblar.

PFL-in məsul şəxsləri «Araz»FC-nın yeni klub kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətində yenicə qeydiyyatdan keçməsini «gözdən qaçırıblar».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA