"Adana Dəmirspor"un başqanı Elçini suçladı və onu ələ saldı - QALMAQALLI VİDEO

28 İyul 2023 12:40 Qalmaqal 1 921
"Adana Dəmirspor"un başqanı Elçini suçladı və onu ələ saldı - QALMAQALLI VİDEO

Türkiyəni Konfrans Liqasında təmsil edən "Adana Dəmirspor" ilk oyununda "ÇFR Kluj"la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, səfərdə keçirilmiş matç 1:1 hesabı ilə yekunlaşıb.

Türkiyə klubunun prezidenti Mustafa Sancak isə oyunun baş hakimi Elçin Məsiyevdən narazı qalıb. O, matçdan sonra Türkiyə mətbuatına açıqlamasında Məsiyevin Rumıniya klubunun xeyrinə daha çox qərar verdiyini söyləyib:

"Avrokuboklarda matçlar çətin olacaq. Asan oyun yoxdur. Hər görüş çətin alınır. Həmin gün kim şanslıdırsa qalib gələcək.

ÇFR-in vurduğu birinci qoldakı kimi..Ayağına dəydi və qol oldu. Baş hakim isə evlərə şənlikdir.

Bütün hüquqlarını onlardan yana istifadə edirdi. Belə bir şey ola bilməz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA