PFL klublardan pulu bu cür qoparmağa başladı - CİDDİ NARAZILIQ!

24 İyul 2023 15:00 Qalmaqal 1 138
PFL klublardan pulu bu cür qoparmağa başladı - CİDDİ NARAZILIQ!

Premyer Liqa klubları ilə Peşəkar Futbol Liqası (PFL) arasında narazılıq yaranıb.

Bu, çempionatın təşkilatçısı olan qurumun «bazar» açmasıyla əlaqədardır.

Belə ki, PFL yeni mövsümdə istifadə olunacaq topların məcburi satışına başlayıb. Və üzərinə böyük pul qoyub.

PFL elita təmsilçilərindən yalnız «Adidas»a məxsus 50-100 ədəd «yuvarlıq meşin»i almağa tələb edib. Qiymət isə 230 manatdan başlayır.

Halbuki 1 il öncəyə, yəni, Ramin Musayevin PFL-in prezidenti olduğu dönəmə kimi belə tələb yox idi. Təşkilat topları klublara havayı verirdi.

Həmişə belə olub. Görünür, yeni prezident Elxan Səmədov quruma pul qazandırmağın başqa yolunu axtarıb tapa bilməyib, ona görə də belə vasitələrə əl atır.

Belə baxanda, PFL kasıb orqan deyil. premyer Liqada 10 klubun çıxış etməsini və hər birinin minimum 50 top almalı olmasını nəzəra alsaq, PFL buradan 115 min manat irəli düşəcək.

Bu pulla onlar nə varlı olandır, nə də yoxsul.

Top davasına çıxmağı Ramin Musayev özünə yaraşdırmadı. Görünür, AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun adaşı olan dostu yaraşdırır…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA