Yeni mövsümdən ikinci liqada çıxış edəcək "Kür-Araz"ın rəhbər şəxsi Mirheydər Səfiyev Sportinfo.az-a açıqlama verib.
O, bir neçə gün əvvəl redaksiyamızla əlaqə saxlayıb, onun adının bir zamanlar oyun alqı-satqısında adının hallanmasına baxmayaraq yenidən böyük futbol qaytarılmasına etiraz edən yerli tərəfdarların iddiasına cavab verib:
"Bu məlumatı böhtan, şər hesab edirəm. Ədalətsiz fikirlərdi. Necə, hansı əsasla adımın oyun alqı-satqısında hallandığını iddia etmək olar?
Bunun üçün əldə əsas olmalıdır. İmişlidə Avropa standartlarına uyğun tikilən stadionun layihəsin memar olaraq mən vermişəm. Bu arenada avrokubok oyunları keçirilib.
10 ildi uşaq futbolunda xidmət göstərirəm. AFFA və Peşəkar Futbol Liqasına (PFL) siyahı tərtib edib vermişəm. 30 nəfərlik siyahıda
Premyer Liqada, birinci divizionda və milli komandalarda oynayan uşaqlar var. Necə demək olar ki, mən futbolu İmişlidə batıranam?
Tənqid gözəl şeydi. Desinlər flan şey pisdi, biz də düzəldək. Amma yazılır ki, mən futbolu dağıdan, satanam. Mənim qəbul etmədiyim budur.
"İmişli" komandası meydançaya kimi istəyib vermişəm. Ötən mövsümün son 3 görüşün burda oynamaq istədilər, dedim buyurun gəlin.
Məndən bir şey ola bilməz ki, istəsinlər, amma verməyim. Qaldı ki "Mil Muğan"ın oyun alqı-satqısına, həmin zaman şübhəli hesab olunan futbolçular mövsümün gedişində klubdan göndərmişəm. Federasiya da bunu bilir".
XANOĞLAN / SPORTİNFO.AZ

