Klub dağıldı, baş məşqçi avtomobilini göstərib, "üsyan" etdi - FOTO

21 İyun 2023 19:40 Qalmaqal 1 443
Klub dağıldı, baş məşqçi avtomobilini göstərib, "üsyan" etdi - FOTO

“Bu maşını sürə-sürə, bu maşınla gəzə-gəzə, iş-gücümü ataraq, xahiş-minnətlə nələrsə yaratmaq, Zəngilanın adını yüksəklərə qaldırmaq istədim, amma icazə vermədilər”.

Bu sözləri ötən mövsüm Region Liqasının finalında “Qusar”la qarşılaşan “Çinar Zəngilan”ın baş məşqçisi Anar Zahidoğlu “feysbuk” səhifəsində yazıb.

“Çinar” Region Liqasının sonuncu görüşündə “Qusar”a məğlub olsa da, zəngilanlılar komandanın növbəti mövsümdə İkinci Divizionda iştirak edəcəyinə ümid edirdi.

Lakin AFFA-nın müvafiq komitəsi komandanın liqada mübarizə aparmasına imkan vermədi.

Sosial şəbəkədə şəxsi avtomobilinin şəklini yerləşdirən Zahidoğlu etiraza bu formada davam edib:

“AFFA rəhbərliyi bizim klubu yox kimi qələmə verdi. Bizim klub var, həmişə də mənim adıma olacaq və heç yerdə oynamayacaq.

“Çinar” fəaliyyətini dayandırdı. Yalnız qaldıq, arxamızda dayağımız olmadı.

Heç nə olmaz, Kamran Qəhrəmanov adlı astaralı vətənsevər Zəngilanda klub yaradıb, dəstək oldu. Biz bu klubu bura qədər gətirdik.

Köhnə dostlar, başda Azər olmaqla sizə təşəkkür edirəm. Bir gün nələrsə dəyişsə, “Çinar Zəngilan” geri dönəcək. Amma inanmıram ki, nələrsə dəyişsin”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA