
Premyer Liqanın 32-ci turunda nominal meydan sahibi “Kəpəz” Qəbələdə “Sumqayıt”ı qəbul edib - 0:1.
Gəncədən gəlmiş təxminən 100 azarkeş iki qrupa bölünməklə sevimli komandalarını qələbəyə səsləyib.
Mərkəzi sektorda əyləşən gəncəli fanatların ilk hissənin sonlarına yaxın hakimlərin və qonaq futbolçuların ünvanına xoşagəlməz ifadələr işlətməsi “Sumqayıt” rəsmilərinin xoşuna gəlməyib.
Belə ki, klubun təhlükəsizliyinə cavabdeh olan Elnur İbişov üzünü qərbli tərəfdarlara tutaraq onlardan təhqirə yol verməməyi tələb edib. Gəncəlilər söyüş söymədiklərini deyincə, İbişovun köməkçisi də söhbətə qoşulub.
Nəticədə “Kəpəz”in təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyev araya girərək mümkün insidentin qarşısını vaxtında alıb.
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: