Erməni təxribatçı deyir: "Azərbaycanlı məşqçi vurdu, söydü..." - VİDEO

4 Aprel 2023 12:40 Qalmaqal 661
Erməni təxribatçı deyir: "Azərbaycanlı məşqçi vurdu, söydü..." - VİDEO

Ermənilər martın 27-də keçirilən Avro-2024-ün sesçmə mərhələsinin İsveç – Azərbaycan oyununda (5:0) təxribata əl atıblar.

Publika.az xəbər verir ki, onlar Stokholmdakı “Friends Arena”da Qarabağdakl separatçıların əski parçasını qaldırıblar. Bundan başqa onlar üzərində “Artsaxın blokadasını dayandırın” yazılan pankart da açıblar.

Separatçılardan birinin sözlərinə görə, Azərbaycan milli komandasının məşqçilərindən biri onlara yaxınlaşaraq bayrağı almağa çalışıb:

“Plakat açıldıqdan bir dəqiqə sonra onların məşqçisinin köməkçilərindən biri yanımızda peyda oldu.

O, "Artsax"ın bayrağını dartmağa başladı, gənclərdən birini vurmağa çalışdı və qışqıraraq söyüş söydü. Bu zaman polis gəlib müdaxilə etdi”.

Komandamızda Canni de Byazinin iki azərbaycanlı köməkçisi var. Bunlar Arif Əsədov və Elxan Abdullayevdir.

Separatçıların təxribatının qarşısını almaq istəyən şəxs yığmamızın məşqçisi də olmaya bilər. Çünki komanda çalışan digər şəxslər də milli komandanın idman geyimindən istifadə edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"