Premyer Liqanın 4 baş məşqçisi De Byazinin köməkçisini yalançı çıxartdı - VİDEO

3 Aprel 2023 16:20 Qalmaqal 2 725
Premyer Liqanın 4 baş məşqçisi De Byazinin köməkçisini yalançı çıxartdı - VİDEO

AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya (1:4) və İsveçə (0:5) uduzan millimizin köməkçi məşqçisi Arif Əsədovun verdiyi açıqlama böyük müzakirələrə səbəb olub.

Sportinfo,az xəbər verir ki, təcrübəli mütəxəssis böyükhesablı məğlubiyyətlərdən sonra yığmamızın fiziki cəhətdən problemlər yaşadığını bildirib.

Lakin A.Əsədov bu açıqlamasına tənqidlərə məruz qaldı. İstər azarkeşlər, istərsə də, mütəxəssislər bu fikirlərin keçmişdə qaldığını bildirdilər.

Premyer Liqa klublarının baş məşqçiləri də Arif Əsədovun fikirləri ilə razılaşmayıb. Qurban Qurbanov, Laurentsiu Regekampf, Rəşad Sadıqov və Murad Musayev millidə olan futbolçularının fiziki durumundan razı olduqlarını deyiblər.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: “Millidən gələn futbolçuların yorğunluğuna görə narahat idim. Psixoloji sıxıntıları da hiss olunurdu, bir az həvəssiz idilər. İki gün əvvəl normal məşq keçdilər. Fiziki problem olduğu söhbəti neçə illərdir var. Əksinə, millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydir”.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf: “Görürük ki, oyunçularımız yaxşı formadadır. Millinin heyətinə nəzər yetirsəz, görərsiz ki, “Neftçi”, “Qarabağ” və “Sabah”ın futbolçuları var. Uzaqdan köməkçi məşqçi ilə dialoq aparmaq istəmirəm. Düşünmürəm ki, hazırda millinin problemi budur. Əminliklə deyə bilərəm ki, istər bizdən, istərsə də bayaq adını çəkdiyim klublardan milliyə gedən oyunçular hazır formadadırlar”.

(3-cü dəqiqədən başlayır)

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov: “Mən futbolçularımın fiziki durumundan razıyam. Bunu “Qəbələ”, “Neftçi”, “Sabah”la görüşlərdə görmüşük. Ümumiyyətlə millinin fiziki durumla bağlı hər hansı sıxıntısı görünmür. Məğlubiyyətlərin fiziki durumla əlaqəsi yoxdur. Bu söhbət 96-97-ci illərdə qaldı. “Qarabağ” 90 dəqiqə bütün Avropa klublarını fiziki cəhətdən üstələyir. Qurtardı bu söhbətlər. 96-97-ci illərdə edilən söhbətlər, atmacalar, bəhanələrdir. Buraxılan qolların fiziki durumla nə əlaqəsi var? Bəli, rəqiblər həmişə bizi üstələyib, aydın məsələdir. Onların oynadığı çempionatlara baxın. Amma baxırıq ki, ilk hissələrdə millimiz rəqibləri dinamikada, sürətdə üstələyirdi”. yoxdur. Höccətin stoper mövqeyində çox yaxşı oyunları olub. Amma indi millidə sağ cinah müdafiəçisi kimi oymayır. Digər mövqelərdə millinin indiyə qədərki ən geniş heyəti var. Bəzən itkilər də olur. Bunu da nəzərə almaq lazımdır. Hamı mənimlə razılaşar ki, müstəqillik dövründə hazırkı milli ən güclü heyətdir.

“Sabah”ın baş məşqçisi Murad Musayev: “Aleksey İsayev İsveçlə görüşdə meydanda oldu. Onun oyununu əla qiymətləndirərdim. Bəxtiyar Avstriya ilə oyunda pis çıxış etdi, çünki yaxşı formada deyildi. Çünki o, əlindən zədə almışdı. Millidəki qalan digər oyunçularımız da əla formadadır. “Qarabağ”ın millidə olan oyunçuları da çox yaxşı formadadır. Avrokuboklarda da baxırıq, yaxşı çıxış edirlər. Keçmiş komandam, “Krasnodar”la “Sabah”ın göstəricilərinə baxdıqda heç də geri qalmırıq. Hətta “Sabah”ın futbolçularının fiziki göstəriciləri əvvəlki sabiq komandamın göstəricilərindən daha yaxşı olur. Bəxtiyar ümumiyyətlə hazır deyildi. Ona bu mövzuda toxunmaq lazım deyil. Yusifə gəldikdə, bəzən pis təcrübə 5-6 oyundan sonra sənə daha yaxşı nələrsə verir. Yusiflə dörd buraxılan qolu müzakirə etdik. Bunlardan nəticə çıxarmalıdır ki, öz üzərində işləyib daha da inkişaf etsin.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!