Bölgədə söyüş söhbəti: “Söz götürməyə borclu deyiləm” - VİDEO

2 Aprel 2023 20:20 Qalmaqal 925
Bölgədə söyüş söhbəti: “Söz götürməyə borclu deyiləm” - VİDEO

Tovuzlu azarkeşlər sevimli komandalarının “Sumqayıt”a məğlubiyyətini həzm edə bilmirdi.

Baş hakim Rəşad Əhmədovun final fitindən sonra tribunalar tədricən boşalsa da, bir qrup tərəfdar qonaq futbolçuların paltardəyişmə otağına yollanmasını gözləyirdi.

Kamran Əliyev vurduğu qoldan sonra əlini qulağına tutaraq yerli publikaya “səsinizi eşitmirəm” jestini etmiş, Vüsal İsgəndərli oyunboyu bir neçə dəfə tovuzlu fanatların əsəbləri ilə oynamışdı.

Odur ki, azarkeşlərin hədəf nöqtəsi bu iki futbolçu idi.

Azarkeşlər “Sumqayıt”lıları fitə basıb, xoşagəlməz ifadələr səsləndirəndə, Tovuz polisi hər oyunda olduğu kimi, bu dəfə də varlığını göstərdi.

Rütbəli zabitlərdən biri tribunaya yaxınlaşıb ərazidən uzaqlaşmaq əmrini verdi.

Lakin azarkeşlər asayiş keşikçisinə məhəl qoymur, tribunada dayanmağı haqq etdiklərini deyirdi. Baş leytenant bu dəfə səs tonunu qaldırmağı vacib bildi:

“Heç kim heç kimi söyə bilməz! Bura futbola baxmağa gəlirsiz, Tovuza qonaq gələn adamları söyməyə yox! Sizə görə söz götürməyə borclu deyiləm”.

Çavuşların hadisə yerinə gəlməsindən sonra narazı azarkeşlər həmin yerdən uzaqlaşdırıldı.

“Turan Tovuz”un ev oyunları zamanı polis əməkdaşlarının yerli publikanı söyüşdən və təhqirdən uzaqlaşmağa məcbur etməsinə az qala hər görüşdə rast gəlirik.

Di gəl, bəzi azarkeşlər stadionda söyüş söyməyi sanki özünə borc bilir.

Premyer Liqanın 28-ci turu çərçivəsində “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA