Mahir Şükürovun İTTİHAMINA ŞOK FAKTLA cavab verdi: “Gəlib dedi ki…”

31 Mart 2023 18:00 Qalmaqal 2 652
Mahir Şükürovun İTTİHAMINA ŞOK FAKTLA cavab verdi: “Gəlib dedi ki…”

Azərbaycan millisinin Avstriya və İsveçə ağır yenilgilərindən sonra sabiq yığma üzvlərinin əksəriyyəti kölgəyə çəkilib.

AFFA tərəfindən işlə təmin olunanlar susmaq yolunu seçib ki, müxalif qüvvələrdən yalnız Mahir Şükürov üsyan edir.

Millinin yaddaqalan futbolçularından olan sabiq “4 nömrə” “Tik-Tok” platformasındakı canlı yayımlarda gözünü yumub ağzını açır.

Bir müddət əvvəl keçmiş komanda yoldaşlar haqqında dedikləri isə böyük səs küyə səbəb olmuşdu:

“Polşaya 0:8 hesabı ilə uduzduğumuz oyunda Aslan Kərimov və Cahangir ilə birgə meydana çıxdığım üçün peşmanam. Aslan Kərimov 20-ci dəqiqədə ayağını tutdu. Guya arxa əzələsini dartmışdı və meydanı tərk etdi”.

Mahirin sərt ittihamında adı keçən Aslan Kərimovun fikirlərini dinləmək maraqlı idi. Odur ki, yığmanın sabiq müdafiəçisi ilə əlaqə saxladıq:

“Dediklərinə cavab verməyim düzgün olmaz. Onun səviyyəsinə düşmək istəmirəm. İsrar edirsizsə, deyim.

Danışdıqları cəfəngiyyatdır. Həmin oyunun videosu, statistikası var. Əvvəla dediyi matçda 90 dəqiqə meydanda olmuşam. Ayağımı da tutmamışam.

Əksinə, başımı hara gəldi qoyurdum. Özüm də bu illər ərzində dəfələrlə həmin oyunun təkrarına baxmışam.

Başqa oyunu da nəzərdə tuta bilməz. Çünki millidə heç vaxt 20 dəqiqə oynayıb, zədəyə görə əvəzlənməmişəm.

Məni bərbad oynayan, texnikası olmayan futbolçu kimi qələmə vermək olar. Kimsə oyunumdan xoşlanmaya bilər, normal haldır.

Amma heç kim məni mübarizə aparmamaqda, meydanda can qoymamaqda ittiham edə bilməz. Çünki, heç nəyim də olmasa, vuruşmağım var idi (gülür).

Bir də ki, 0:8-də qapıda Cahangir Həsənzadə yox, Dmitri Kramarenko dayanmışdı. Olmayan şeyləri danışmağı ləkə yaxmaqdır.

Lisenziya kurslarından keçə bilmir, belə danışır. Tanınmış futbolçuların bəziləri lisenziya almadan məşqçi olmaq istəyir.

Mahir Şükürov kursdan kəsilməyib. B kateqoriyası üçün iki dəfə kursa qatıldı. Sonra gəlib dedi ki, bəs, oxuya bilmirəm, başqa işlərim var.

Sabiq milli üzvü olduğu üçün C kateqoriyası avtomatik verilir deyə, B kurslarına qatılmalı idi.

Görünür, kurs və imtahan şərtləriini biləndən sonra onun üçün çətin oldu. Ona görə də indi belə danışır”.

Aslan Kərimovla Mahir Şükürov 2006-2008-ci illər aralığında Azərbaycan millisində çiyin-çiyinə çıxış edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti