Ermənilər İsveç - Azərbaycan oyununda təxribat törətmək istəyir

26 Mart 2023 13:20 Qalmaqal 531
Ermənilər İsveç - Azərbaycan oyununda təxribat törətmək istəyir

Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç və Azərbaycan milli komandaları arasındakı qarşılaşmada təxribatlar törətməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlıumat yayıb.

Məlumatda qeyd olunur ki, "Artsax Azadlıq Təşkilatı” adlı qondarma birliyi idarə edən şəxslər "Facebook” və digər sosial şəbəkə platformaları üzərindən çağırışlar edirlər.

"Biz ən azı 100 nəfər olmalıyıq” şüarı ilə paylaşılan postlarda qeyd olunur ki, məqsəd oyundan əvvəl və matç zamanı stadionda siyasi etirazlar təşkil etmək, Azərbaycana qarşı müxtəlif siyasi şüarlar səsləndirmək olacaq.

İsveç və Azərbaycan arasında görüş martın 27-də "Friends Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti