Azərbaycan millisinin iki oyunçusu sərhəddə saxlanıldı – Nədə ittiham olunurlar?

17 Mart 2023 01:20 Qalmaqal 920
Azərbaycan millisinin iki oyunçusu sərhəddə saxlanıldı – Nədə ittiham olunurlar?

Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur.

Sportinfo.az xəbər verir ki, yığma üzvlərindən Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş mallar keçirmək istəyiblər.

İttihama görə, onlar “iPhone” markalı mobil telefon və qiymətli qol saatlarını Azərbaycana keçirmək istəyiblər.

Futzalçılar malları Türkiyədə əldə ediblər, qaçaqmalçılıqla İstanbuldan Azərbaycana gətirən zaman gömrükçülər tərəfindən saxlanılıblar.

Xətai Bağırov və Xəzər Ağalızadəyə qarşı Cinayət Məcəlləsinin 206. (qaçaqmaçılıq) maddəsi ilə ittiham verilib, barələrində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Digər Xəbərlər
Xəbər Lenti