Azərbaycan klubunda ŞOK HADİSƏ - Pul ödədilər, kənarda qaldılar, şikayətçi düşdülər!

22 Fevral 2023 14:00 Qalmaqal 1 258
Azərbaycan klubunda ŞOK HADİSƏ - Pul ödədilər, kənarda qaldılar, şikayətçi düşdülər!

«Xəzər Lənkəran 42»nin adı yeni qalmaqala qarışıb.

Bir qrup iranlı futbolçu ötən ilin payızında yaradılan və Region Liqasında debüt mövsümünü keçirən klubun rəhbərliyindən şikayət edib.

Onlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb, həmçinin məhkəmədə mülki iddia qaldırıb.

Məsələ ondadır ki, beş ay öncə Arazın o tayından 10-a yaxın oyunçu Lənkərana gəlib.

Futbolçular karyeralarını Azərbaycanda davam etdirmək üçün vasitəçi şəxsə müəyyən məbləğdə vəsait ödəyib. Burada söhbət bir neçə on min manatdan gedir.

Lakin bir müddət sonra məlum olub ki, «Xəzər Lənkəran»ın idarəçiləri bu legionerlərin xidmətində maraqlı deyil və adları AFFA-ya təqdim edilən iştirak ərizəsinə salınmayıb.

Vəziyyəti belə görən oyunçular verdikləri pulu geri tələb eləyiblər. Vasitəçi şəxs isə aldığı vəsaiti ünvanına çatdırdığını iddia edərək, yaxasını kənara çəkib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”