QALMAQAL! AFFA-nın komitə sədri “Zirə”yə qarşı səhvi etiraf etdi - VİDEO

2 Fevral 2023 17:00 Qalmaqal 1 040
QALMAQAL! AFFA-nın komitə sədri “Zirə”yə qarşı səhvi etiraf etdi - VİDEO

Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən “Neftçi” - “Zirə” oyunu (1:0) ciddi müzakirələrə yol açdı.

Komandaların mübarizəsindən daha çox, referi Rəşad Əhmədovun qərarı birmənalı qarşılanmadı.

Baş hakim matçın 72-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı ofsayd qərarı verib.

Lakin həmin epizod zamanı qonaqların müdafiəçisi Donald Gerye başla topa zərbə vurarkən əli rəqib hücumçu Mateus Saldanyanın üzünə dəyib.

Bundan sonra Rəşad Əhmədov epizodla bağlı VAR-ın qərarı gözləyib. VAR hakimləri isə epizoda qiymət vermək üçün onun özünü monitora baxmağa dəvət edib.

Epizoda baxan referi gözlənilməz addım atıb. O, epizodu həm ofsayd kimi dəyərləndirib, həm də Donald Geryeyə əli rəqibin üzünə dəydiyinə görə ikinci sarı vərəqəni göstərib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov haitili legionerə qırmızı vərəqə göstəriləndə hakimə əl çaldız. O, oyunsonrası mətbuat konfransında bu haqda dedi:

“Hakimə sualım var idi. Epizod sarıdırsa, hakim VAR-a dəvət edilir? Oyundankənar vəziyyətdir, epizod da sarı vərəqə.

Niyə hakim dəvət edilir VAR-a? Ofsayda görə VAR-a çağırılmırlar. Kart qırmızıdırsa, razılaşardım ki, dəvət edilsin.

Yəqin ki, hansısa izahı olacaq. Çox qaydalar var VAR-da. Qarışıqlıq çoxdur.

Hamdiunun Kvirkveliya ilə epizoduna etirazımız var idi. Bu il belə epizodlarda penaltilər çox görmüşük.

Amma nədənsə VAR bu dəfə susdu. Oyundan sonar hakimlər mənə nəyisə izah etməyə çalışdı. Nə dedilər? Başa düşmədim.

Vaxtımız yox idi danışmağa. Rəşad dedi ki, VAR-a getməyim doğru idi. Baş hakim oyundankənar vəziyyətdən sonra niyə VAR-a çağrıldı? Maraqlıdır, bilmirəm”.

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də epizodla bağlı “CBC Sport”a danışıb. Türkiyəli funksioner referinin səhvə yol verdiyini etiraf edib:

“Bu epizodda 3 seçim var. Hakimimiz ən az doğru olan seçimi istifadə ediblər. Əgər bu matçda VAR olmasaydı, ən doğru qərar penalti və sarı vərəqə ola bilərdi.

Çünki ofsayd qaydaları dəyişdi. Məsələn, belə bir şey var, əgər “Zirə”nin topu uzaqlaşdıran futbolçusu həmin vaxt topu öz qapısına göndərsəydi, qol sayılacaqdı.

Bu məntiqlə getsək, doğru qərar penalti və sarı vərəqə olardı. Çünki ofsayd hələ ki, reallaşmayıb, top “Neftçi”nin futbolçusuna çatmayıb.

Amma köməkçi hakim oyundan kənar vəziyyət olduğuna işarə verir ki, bu da yanlış qərar deyil. “Neftçi” futbolçusu rəqib müdafiəçi ilə yaxındır və təmas edir.

Bu qərardan sonra VAR epizoda müdaxilə etməməliydi. Hakimi epizodu izləməyə çağırmamalı, qərarı təsdiq edib, oyunu başlatmalı idilər.

Çünki ofsayd qərarı 100 faiz yanlış deyildi. Amma əsas qərar penalti və sarı vərəqə olmalı idi. Bu ofsayd məsələsi artıq bir müətəxəssis məsələsinə çevrilib.

Epizodu Azərbaycanda mənimlə çalışan Bahattin Duran və Tarık Onqunla bunu müzakirə etdik və onlar da eyni fikirdə idilər. VAR-sız olan oyunda epizod penalti idi.

Əgər hakim 11 metrlik cərimə zərbəsi təyin etsəydi və “Zirə”nin futbolçusuna qırmızı vərəqə göstərsəydi, VAR o qərara da müdaxilə etməyəcəkdi.

Qarşılaşmada başqa problemli epizod görmədim. Bir şey demək istəyirəm ki, biz Premyer Liqadakı klubların 10-dan 7-nə seminar keçdik.

Bu epizodları orda izah etdim. “Zirə”yə 2 gün öncə getmişdik. Rəşad Sadıqovun bəhs etdiyi epizodu seminarda anlatdım. Əgər hakim VAR izləməyə gedirsə, hər hansı qərar verə bilər”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"