Premyer Liqa oyununda adam bıçaqlayan şəxsi axtarışa verdi - POLİS

1 Fevral 2023 13:20 Qalmaqal 348
Premyer Liqa oyununda adam bıçaqlayan şəxsi axtarışa verdi - POLİS

Bilindiyi kimi, Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” - “Kəpəz” matçından sonra azarkeşlər arasında dava düşüb.

Sportinfo.az xəbər verir ki, "dənizçilər"in tərəfdarı Gəncədən gələn fanatlardan birinə bıçaqla xəsarət yetirib.

O, Bayılda təcili yardımla xəstəxanaya çatdırılıb.

"Kəpəz" hadisəylə bağlı açıqlama yayıb. Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat edilib.

Bildirilib ki, onun həyatı üçün təhlükə yoxdur. Xəstəxanada azarkeşi “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş tək buraxmayıb.

Daxili İşlər Nazirliyi bıçaqlanma hadisənə reaksiya verib. Mətbuat xidmətindən bildirilib ki, bıçaqlanma stadion ərazisində deyil, kənarda qeydə alınıb:

“Oyundan sonra arenadan kənarda bir nəfərin ayaq nahiyyəsindən bıçaq xəsarəti alması ilə bağlı məlumat daxil olub.

Araşdırmalarla həmin əməli törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"