AFFA-nın cəzalandırdığı futbolçu özü də istəmədən günahını etiraf etdi: “Hüzr düşüb”

22 Yanvar 2023 20:40 Qalmaqal 1 303
AFFA-nın cəzalandırdığı futbolçu özü də istəmədən günahını etiraf etdi: “Hüzr düşüb”

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

MOİK-in futbolçuları Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Futbolçuların “Səbail”ə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyununun nəticəsini manipulyasiya etdikləri üçün ömürlük diskvalifikasiya olunublar.

Məsələyə aydınlıq gətirmək, təfərrüatı öyrənmək, sözügedən olayın necə baş verməsi ilə maraqlanmaq üçün Emin Mehtiyevlə əlaqə saxladıq.

“Neftçi”nin sabiq futbolçusu bəhanə ilə söhbətdən boyun qaçırdı: “Hüzr düşüb deyə, danışa bilmirəm. İnşallah, başqa vaxt danışarıq”.

Həqiqətən hüzr düşübsə, Allah rəhmət eləsin!

Lakin Mehtiyev bir gün sonrakı zəng və mesajlarımızı da cavabsız qoymaqla AFFA-nın verdiyi qərarda haqlı olduğunu özü də istəmədən sübut etdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi