Azərbaycan çempionatında danışılmış oyunlar – Daha bir neçə nəfər…

21 Yanvar 2023 16:00 Qalmaqal 1 142
Azərbaycan çempionatında danışılmış oyunlar – Daha bir neçə nəfər…

I Divizionda danışılmış oyunlarla bağlı aparılan araşdırmalar hələ bitməyib.

Bu haqda AFFA-dan Sportinfo.az-a bildirilib.

Federasiyadan redaksiyamıza daxil olan məlumata görə, nəticəsi şübhə doğuran halların təhqiqatı hüquq-mühafizə orqanlarıyla birlikdə davam etdirilir.
AFFA bugunlərdə 2 futbolçunu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edib. MOİK-dən Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Bu mövzuda UEFA-dan AFFA-ya bir neçə serkulyar məktub daxil olub.

Göstərilən nümunələri incələyən federasiyanin şübhə dairəsinə daha bir neçə futbolçu, həmçinin məşqçi düşüb. Odur ki, yaxın günlərdə cəzalandırılacaq şəxslərin sayının artması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti