Azərbaycanda 3 klubdan maaş aldı, dövlətə pul "atdı", bu gün də ermənilərlə… İTTİHAM!

7 Yanvar 2023 13:40 Qalmaqal 1 173
Azərbaycanda 3 klubdan maaş aldı, dövlətə pul "atdı", bu gün də ermənilərlə… İTTİHAM!

Premyer Liqamızda üç klubun formasını geyinmiş Yevgeni Koçukun Azərbaycan dövlətinə borcu var imiş.

Sportinfo.az xəbər verir ki, moldovalı legioner vergidən yayınmaqda ittiham olunur.

Yarımmüdafiəçinin vergi orqanlarına 7729 manat borcu olduğu üzə çıxıb. Borcunu ödəmədiyi üçün o, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş idarəsi tərəfindən məhkəməyə verilib.

Hazırda onun işi Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. Onun işinə baxılması hakim Zeynəb Axundovaya tapşırılıb.

Koçuk "Səbail"ə 2018-ci ilin yanvarında Slovakiya klubu "Jilina"dan gəlib. Həmin ilin yay fasiləsində sabiq komandasına qayıdan orta sahə oyunçusu qısa müddət sonra yenidən "Səbail"lə müqavilə imzalayıb.

2020-ci ildə "Sabah"a transfer olunub, 2021-ci ildə "Keşlə"yə (indiki "Şamaxı") keçib. O, 2022-ci ilin yanvarından düşmən ölkə olan Ermənistan təmsilçisi "Pünik"in formasını geyinir.

Yevgeni 2 ay öncə ölkəsinin yığmasının heyətində millimizlə Kişinyov şəhərində keçirilən yoxlama görüşündə meydana çıxıb.

Moldovalı Azərbaycanda ən çox pulu "Səbail"də qazanıb. Ayına 9000-12000 dollar civarında. "Şamaxı"da isə aylıq cəmi 5000 dollar qarşılığında meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”