Yunanıstan klubu "üsyan" etdi: "Azərbaycanlı hakimlərin..."

23 Dekabr 2022 13:40 Qalmaqal 1 260
Yunanıstan klubu "üsyan" etdi: "Azərbaycanlı hakimlərin..."

“Volos" “Panatinaikos”a 0:3 hesabı ilə uduzduğu Yunanıstan Kubokunun 1/8 final oyunla bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, klub məğlubiyyətdə görüşün hakimlərini günahlandırıb.

Bildirilib ki, kubok matçında yeni qaydalar icad edən Manuços və Diamantopulosun (hər ikisi hakimdir) möhürü var:

“Onlara xatırlatmaq istərdik ki, VAR sistemi yalnız penalti, ofsayd və qırmızı vərəqəyə müdaxilə edə bilər.

Azərbaycandan və Cibutidən olan hakimlərin ölkəmizə gəlməsinə nail olan yunan referilərini bir daha təbrik edirik”.

Yunanıstan futbolundakı hakim qalmaqalları səbəbilə son mövsümlər ərzində Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası bu ölkədəki bir sıra futbol oyunlarını idarə edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”