ƏYALƏTDƏ İNSİDENT: Niyə penalti vermədi? - VİDEO+FOTO

21 Dekabr 2022 16:40 Qalmaqal 457
ƏYALƏTDƏ İNSİDENT: Niyə penalti vermədi? - VİDEO+FOTO

Şəkilə diqqətlə baxın.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasının son dəqiqələrində yaşanan epizoddur.

Qonaq komanda penalti tələbi ilə hakimin üstünə hücum edəndə referi Rəvan Həmzəzadə VAR-a baxmaq üçün monitora baxmağa yollanır, vəziyyəti incələyir və 11 metrlik cərimə zərbəsinin olmadığına qərar verir.

Gördüyünüz kimi, top cərimə meydançasına havalandırılanda Mixeil Erqemlidze “dəri kürə”ni əli ilə özündən arxaya ötürür.

Orada Sadiq Quliyev topa Mate Kvirkiyadan öncə ayaq uzadır. Gürcüstanlı futbolçu isə özünü Sadiqə çırpır və rəqibin topu yox, onu vurduğu görkəmini alır.

Epizoda diqqətlə baxanda Erqemlidzenin əllə oynadığı aşkar görünür. Hətta Quliyev Kvirkviyaya qarşı kobud oynasaydı belə, penalti təyin olunmayacaqdı. Çünki həmin vəziyyətdən öncə “əl” var.

Əks halda Həmzəzadə epizodun təkrarına VAR-da bir neçə dəfə baxandan sonra “nöqtə”ni göstərərdi.

Təcrübəli hakimə verdiyi qərara görə yağlı “5” düşür.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən “Turan Tovuz” doğma azarkeşləri önündə bu rəqiblə 2:2 bərabərə qalmaqla yarımfinalda “Neftçi”yə rəqib olub.

HƏBİB / SPORTİNFO.AZ

Ad - 00:17 VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti