Ofisiant “Kəpəz”in futbolçularını TƏHQİR ETDİ - ŞOK VİDEO!

4 Dekabr 2022 20:00 Qalmaqal 1 365
Ofisiant “Kəpəz”in futbolçularını TƏHQİR ETDİ - ŞOK VİDEO!

“Kəpəz”də Tərlan Əhmədovun diktatura rejimi yaratdığı dönəmdə ortaya maraqlı və bir o qədər də biabırçı video çıxıb.

Qərb təmsilçisinin futbolçuları Ahmed Ayzaya və klubla bir müddət öncə müqavilə imzalayan Juninyo Maranhense Gəncədəki restoranların birində görüntülənib.

Futbolçuları qarşısında qədəhlər olmasa da, masanın üzərində araq var. Üstəlik, Tərlan Əhmədovun futbolçulara qadağan etdiyi qazlı su və şirlər.

Bu, öz yerində.

İşin acınacaqlı tərəfi ölkəmizdə legioner həyatı yaşayan futbolçuların hansısa şəxs tərəfindən küçə söyüşü ilə təhqir olunması, ünvanına irqçi ifadələrin işlədilməsidir.

Deyilənə görə, görüntüləri telefonun yaddaşına köçürən həmin şəxs futbolçulara qulluq edən ofisiant olub. Sonradan həmin video sosial şəbəkə platformalarında paylaşılıb.

“Kəpəz” rəhbərliyi günahkarın üzə çıxarılıb cəzalanması yönündə lazımi addımları atacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”