Direktor şikayət etdi: “Belə olmaz, getdikcə bizi daha çox sıxmağa başlayıblar”

29 Noyabr 2022 19:40 Qalmaqal 488
Direktor şikayət etdi: “Belə olmaz, getdikcə bizi daha çox sıxmağa başlayıblar”

“Məh orada deyildim. İçəridə idim, səs-küyə çıxdım.

Deyəsən, yan xətt hakimi tribunada olan valideynlərə söyüş söyüb, hər şey də buradan başlayıb.

Mən uşaqları meydançada saxladım ki, insident olmasın. Yoxsa onlara da cəza verilərdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında EFA-nın icraçı direktoru və baş məşqçisi Vüsal Mustafayev deyib.

16 yaşadək futbolçular arasında Azərbaycan çempionatının son turunda qalmaqal baş verib. AFFA-nın İntizam Komitəsi U-16 Liqasının XII turunun “Səbail” – EFA oyununda yaşananları araşdırıb.

Federasiyanın yaydığı açıqlamada bildirilir ki, bu matçda EFA-nın azarkeşləri meydana daxil olaraq hakimlərə qarşı fiziki təzyiq göstərib.

Bildirilib ki, “fit sahibləri“nin döyülməsi üzündən EFA-nın oyunlarına azarkeş buraxılmasına qadağa qoyulub. Klub qarşıdakı 3 ev matçını azarkeşsiz keçirəcək.

AFFA-nın verdiyi informasiya gerçəyi əks etdirmir. İnsident baş verib, amma… Stadionda deyil, ondan kənarda.

Buna səbəb isə hakimlərdən birinin onların idarəçiliyinə etiraz bildirən EFA-nın futbolçularının valideynlərini təhqir etməsidir.

Onlar final fitindən xeyli sonra arenanı tərk eləyən hakimlərə yaxınlaşaraq, “mübahisəni çürüdüblər“.

Valideynlər “ədalət təmsilçiləri“ndən niyə şikayətçi düşüb? Qarşılaşma kobud mübarizə şəraitində keçib, bir neçə epizodda oyun dayanıb.

EFA-nın 4 futbolçusu stadiondan birbaşa xəstəxanaya aparılıb. Onlar “City Hospital“da yerləşdirilib və müayinədən keçirilib.

Müxtəlif dərəcəli bədən xəsarəti alan oyunçular hazırda həkim nəzarətində saxlanılır.

V.Mustafayev EFA-ya qarşı qərəzli münasibətin olduğunu bildirib:

“Orada eşitdim ki, bəzi valideynlər oyundan sonra stadiondan kənarda hakimlərə öz narazılığını bildirib. Gedib danışıblar.

Bu iyun “Səbail”in stadionunda keçirilib, mənə də çox qəribə gəlir ki, AFFA onları yox, EFA-nı cəzalandırır. Axı niyə?

Asayişi təmin etməli olan tərəf “Səbail”dir. Bəlkə kimsə qıraqda vurdu hakimi, mən ona neyləyim?

“Səbail” asayişi təmin etməyib deyə, EFA-ya cəza kəsilməsi məntiqəuyğun deyil. Ümumiyyətlə, “Səbail” çox kobud oynayan komandadır.

Dörd futbolçumuz ciddi zədə aldı. Apardıq xəstəxanaya. Azı üç-dörd həftə müalicə keçməlidirlər.

Rəhbərliyimizlə danışacam. Onların məsləhəti lazımdır ki, görək, nə edirik. Belə olmaz daha. Getdikcə bizi daha çox sıxmağa başlayıblar.

Hakim sərt oyuna o qədər imkan verdi ki, meydanda əməlli-başlı “qırğın” getdi. Hamı ondan sonra qızışdı.

Çünki birinci hissədən başlayaraq, bizimkiləri zədələyirdilər. Hakim heç bir tədbir görmürdü.

Bilmirəm, qəsdən belə edirlər, ya belə tapşırıq alıblar, mənə də qaranlıq qalçışdı. İntizam Komitəsinin son qərarından isə görünür ki, bu, açıq-aşkar tapşırıqdır”.

Digər Xəbərlər
Xəbər Lenti