Baş məşqçiyə əl qaldırdılar – Premyer Liqa klubunda YENİ QALMAQAL!

24 Noyabr 2022 14:00 Qalmaqal 910
Baş məşqçiyə əl qaldırdılar – Premyer Liqa klubunda YENİ QALMAQAL!

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov fiziki təzyiqə məruz qalıb.

Hadisə Gəncə şəhər stadionunda yaşanıb.

Klubun əməkdaşı baş məşqçiyə əl qaldırıb, onun ünvanına xoşagəlməz sözlər işlədib.

Olayın motivi? Məsələ ondadıp ki, o, Rauf Əliyevlə Əli Səmədovu əsas komandadan uzaqlaşdırandan sonra indi də gücünü klub rəsmilərinə göstərməyə çalışır.

Əhmədov dünya futbolunda analoqu olmayan qərarla gündəmə gəlib. “Kəpəz”in azarkeşlərinə, digər yaş qruplarından ibarət komandaların məşqçi və futbolçu heyətinə, hətta klub rəsmilərinə belə, məşqləri izləməyi qadağan edib.

Həmin şəxslərin arasında “Kəpəz”in əlaqələndiricisi İlham Səmədov, komandanın ən uğurlu dönəmində baş məşqçi olmuş Mehman Allahverdiyev də var.

Əhmədovun bu qərarı verməsinə səbəb ətrafındakılara inanmamasıdır. Onun fikrincə, klubda kimlərlə ona “torba tikir”, məşq materiallarını çəkib rəqib komandalara ötürür.

Məşqçilik bacarığına söz olmayan, lakin xarakter baxımından ciddi mənada axsayan “Kəpəz”in baş məşqçisi hələ də kollektivə başçılıq etdiyi dönəmdə - 10 oyunda toplanan 9 xalın təsiri altındadır.

Nisbi uğurdan başı gicəllənən Əhmədov Gəncədə özü üçün kiçik çevrə müəyyənləşdirib ki, dərd-sərini, sirrini həmin adamlarla bölüşür, onlardan məsləhət alır, tövsiyə verir.

Təbii ki, bu mənzərə “Kəpəz”də çalışanların heç də hamısının xoşuna gəlmir. Əhmədovun əleyhdarlarının sayı günbəgün artmaqdadır.

Ona fiziki təzyiq göstərən işçini də baş məşqçinin ətrafdakı şəxslərlə kobud rəftarı bu həddə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti