Azərbaycanlı baş məşqçi hirsləndi və… QALMAQALLI VİDEO

23 Noyabr 2022 17:40 Qalmaqal 843
Azərbaycanlı baş məşqçi hirsləndi və… QALMAQALLI VİDEO

“Şamaxı”nın məşqçisi Cavid Hüseynov AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılacaq.

Buna səbəb onun ölkə kuboku uğrunda yarışın 1/8 final mərhələsinin oyunundan sonra etdiyi hərəkətdir.

Belə ki, o, “Turan Tovuz”a 01: hesabıyla məğlub olduqları matçın idarəçiliyindən kəskin narazı qalıb.

Hakimlərə yaxınlaşan çalışdırıcı Vüqar Həsənliyə sərt etiraz bildirib. Bu zaman referi əlini cibinə ataraq, ona qırmızı vərəqə göstərib.

Hüseynov qərardan daha da əsəbiləşib, hakimin əlindəki kartı vuraraq terə salmaq istəyib.

V.Hüseynli kifayət qədər gərgin keçən qarşılaşma ərzində 9 sarı və 1 qırmızı vərəqə göstərib. “Fit sahibi” ev sahiblərindən 6, qonaqlardan 3 futbolçunu cəzalandırıb.

“Şamaxı”nın müdafiəçisi Cəlal Hüseynov 82-ci dəqiqədə ikinci “sarı”ya görə meydandan kənarlaşdırılıb. Bundan 10 dəqiqə öncə isə Natan Oduva “Turan”a mərhələ qapısını açan yeganə qola imza atıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti