Oğlu Regekampfa ölüm arzuladı, “ağ yuyub, qara sərdi”, ələ saldı!

21 Noyabr 2022 22:20 Qalmaqal 586
Oğlu Regekampfa ölüm arzuladı, “ağ yuyub, qara sərdi”, ələ saldı!

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya mətbuatı üçün “çörək ağacıdır”.

Bir gün həyat yoldaşını küçədə döyməsinin görüntüləri yayılır, o biri gün “Styaua”da peyda olacağı yazılır, üç gün sonra “Neftçi”dəki uğursuz nəticələrə görə Azərbaycanda sevilmədiyi qeyd olunur.

İndi də Anamariya Prodanla birgə nikahdan olan oğlu – adaşı kiçik Laurentsiu Regekampf atasını gündəmə gətirib.

O, “instagram” hesabında anasının fotosunu paylaşaraq atası haqda sərt ifadələr işlədib:

“Anam Anamariya Prodandır, mən isə onun oğluyam. O, məni böyüdüb, layəqətli olmağı, bədbəxtlərin qaranlıq dünyasına enməməyi öyrədib.

Fəxr edirəm ki, belə bir ananın övladıyam. “Sərbəstlər”in nə dediyinə fikir verməyin. Biz parlayırıq, dik dururuq və gözəl yaşayırıq.

Övladına kömək etmədiyinə, aliment ödəmədiyinə sevinən qaçqınlar, nikahdankənar övlad sahibi olub, utancverici keçmişi olan pişiklərlə ortaya çıxanlar, ailəsini dağıdanlar, oğurlayanlar, özünü gülünc vəziyyətə salanlar ölkənin və yanındakı insanın nüfuzunu məhv edir. Elələri cənnətə düşüb orada ölür. Biz ən yaxşıyıq!”

Laurentsiu Regekampfa Anamariya Prodanın boşanma prosesində məhkəmə “Neftçi”nin baş məşqçisinin oğluna aylıq 1600 avro ödəməsinə dair qərar çıxarıb. Prodan bu pulla razılaşmır, məbləğin 7000 avro olmasını istəyir.

HƏBİB / SPORTİNFO.AZ

LİNK: https://sportbull.ro/umilinta-totala-pentru-laurentiu-reghecampf-anamaria-prodan-a-vazut-totul-reactie-uluitoare-a-micutului-bebeto-dupa-divort-foto/?fbclid=IwAR2ZP1eYYi0Hfjs5kukbZc_Mq7_yuFB3f5HxTjeG1SKnACqXReJc_6dEs4k

Digər Xəbərlər
Xəbər Lenti