Azərbaycan çempionatının oyununda kütləvi dava – NƏYİN ÜSTÜNDƏ?

11 Noyabr 2022 00:30 Qalmaqal 1 224
Azərbaycan çempionatının oyununda kütləvi dava – NƏYİN ÜSTÜNDƏ?

AFFA Gənclər Liqasının İsgəndər Cavadov Bakı Futbol Akademiyası (İCBFA) - "Kəpəz" oyununda kütləvi dava düşüb.

Sportinfo.az xəbər verir ki, hadisəyə meydan sahiblərinin futbolçusu Alireza Rahiminin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

İCBFA tərəfindən təhlükəsizlik tədbirləri təmin edilmədiyi üçün azarkeşlər meydana daxil olaraq qonaq komandaya qarşı təzyiq göstərib. Nəticədə tərəflər arasında münaqişə yaşanıb.

"Kəpəz”dən Elşən Mirzəyev, Cahangir Nəbiyev, Sənan Kərimov və Arzu Atakişiyev, İCBFA-dan isə Qürbət Əhmədov, Elmin Qaçaylı, Nihat Bayramlı, İbrahim Bağırov və Alireza Rahimi davada aktiv iştirak etdiklərinə görə, onların hər birinə ayrı-ayrılıqda 5 oyun cəza verilib.

Meydan sahibləri qarşıdakı 3 oyunu azarkeşsiz keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti