AFFA-nın içindən UEFA-ya "donos"u kim göndərib? - Çirkin əməlin üstü açldı

1 Noyabr 2022 11:20 Qalmaqal 992
AFFA-nın içindən UEFA-ya "donos"u kim  göndərib? - Çirkin əməlin üstü açldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Referi karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oyun idarə edəcək.

O, qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq.

Noyabrın 3-də baş tutacaq qarşılaşmada Ağayevə FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

UEFA-nın «Top-klass» hakimlər kateqoriyasına daxil olan Ə.Ağayevlə bağlı bəzi ilginc məlumatlar əldə etmişik.

Redaksiyamıza verilən məlumata görə, Avropa futbol qurumu hələ 2 il öncə onun təyinatını Çempionlar Liqasının qrup oyunlarına vermək istəyirmiş.

Bu barədə referinin özünə bir neçə dəfə bildirilib. AFFA rəhbərliyi də prosesin gedişatından xəbərdar olub.

Fəqət, 2018-ci ilin sentyabrında AFFA-nın Hakimlər Komitəsinin sədri postuna gətirilmiş Fritz Stuxlik bunu öyrənəndən sonra çirkin yola baş vurub.

Ağayevlə yola getməyən, bu səbəbdən onu peşəsindən iyrəndirmək və uzaq salmaq, həmçinin beynəlxalq dərəcəli kateqoriyasının əlindən alınması üçün «arxa bağça»ya üz tutan avstriyalı funksioner UEFA-ya «donos» göndərib.

Stuxlik əksər toplantılarda irad tutmağa çalışdığı Əliyarın Premyer Liqada keçirdiyi oyunlarda yol verdiyi səhv qərarların video görüntülərini gizlicə UEFA-dakı tanışlarına ötürüb.

Bu hal dəfələrlə təkrarlanıb və nəhayət, baş hakim «əməliyyat»ın üstünü açıb. Təyinat aldığı beynəlxalq oyunların birində hakim-inspektor ona belə bir məlumat verib və xəbərdarlıq edib.

Ağayev eşitdiklərini AFFA rəhbərliyi ilə bölüşüb, federasiyanın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova şikayətlənib.

Stuxlikə isti münasibət bəsləyən ikinci isə heç bir tədbir görməyib, FİFA referisinin narazılığını araşdırmayıb, qulaqardına vurub.

Üzərinə şikayətə gələnləri yola verməyi əla bacaran E.Məmmədovdan «bildiyini et» tapşırığı alan avstriyalı sədr Ağayevi ondan sonra daha çox sıxışdırıb. Hətta iddia edib ki, Əliyarın irəli getmək perspektivi yoxdur.

O, AFFA mənsublarına təklif eləyib ki, sözügedən «fit sahibi»nin adı UEFA-ya göndərilən siyahıdan çıxarılsın.

E.Məmmədov isə atacaqları addımın ciddi rezonans doğuracağını və birmənalı qəbul olunmayacağını başa düşüb, bir sözlə, ictimai qınaqdan çəkinib, yekun sənədi imzalamayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti