Stadionda insidentin SƏBƏBİ BİLİNDİ: “Həmin jest uşaqları özündən çıxardı” - VİDEO

31 Oktyabr 2022 20:40 Qalmaqal 581
Stadionda insidentin SƏBƏBİ BİLİNDİ: “Həmin jest uşaqları özündən çıxardı” - VİDEO

Turun prinsipial oyunlarından olan “Sabah” – “Qəbələ” qarşılaşması qalmaqalsız ötüşmədi.

Qonaq komandanı dəstəkləyən “Red Black Army”nin 100-dən artıq üzvü 90 dəqiqə dayanmadan “qırmızı-qaralar”a dəstək verməklə diqqət çəkdi.

Özləri üçün ayrılmış sektorda yerini tutub “Qəbələ”ni qələbəyə səsləyən tərəfdarlara nə oldusa, 70-ci dəqiqədə azarkeşlər coşdu.

Hiss olunurdu ki, yan tribunada yer alan yerli azarkeşlərlə haqq-hesab davası etmək istəyirlər. Lakin polislərin araya girməsi ilə baş verə biləcək insidentin qarşısı vaxtında alındı.

Oyundan sonra bir qrup “Sabah” fanatı stadionun ətrafında qəbələliləri gözləyirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları ətrafı insanlardan təmizləyib qonaqların avtobusa rahat yerləşməsinə və stadionu tərk etməsinə şərait yaratdı.

“Red Black Army”nin rəhbəri Cavad Şərifli Sportinfo.az-a açıqlamasında məlum münaqişə ilə bağlı danışıb:

“İndiyə qədər getdiyimiz stadionlarda qalmaqaldan uzaq olmağa çalışmışıq. Məqsədimiz qrup şəklində komandamızı dəstəkləmək, ruhlandırmaq, səfər görüşlərində yanında olmaqdır. Bu dəfə də ənənəmizə uyğun dəstək verirdik.

Lakin “Sabah” hesabı bərabərləşdirəndən və təzyiqi artırandan sonra yan sektorda əyləşən bir qrup “Sabah” azarkeşi bizə orta barmaq işarəsi göstərdi.

Həmin jest uşaqları özündən çıxardı. Təxminən 150 nəfər idik. Bu qədər adamın qarşısını almaq mümkün deyil. Həm də qrupumuzun devizi var – bir nəfər hamı, hamı bir nəfər üçün!

Barmaq işarəsindən sonra uşaqlar coşdu, əsəblər gərildi. Ona görə də polislər belə, sakitləşdirə bilmirdi.

Oyun başa çatandan təxminən yarım saat sonra stadionu rahat şəkildə tərk edib avtobuslarla ərazini tərk etdik. Çünki polislər bir qədər gözləməyi xahiş etmişdi.

Bakıda yaşayan üzvlərimiz isə şəxsi avtomobillərdən və ictimai nəqliyyatdan istifadə edərək getdi. Heç bir problem olmadı”.

Oktyabrın 30-da Premyer Liqanın 12-ci turu çərçivəsində baş tutan “Sabah” – “Qəbələ” oyununda qonaqlar hesabı açsa da, “tələbələr” ilk hissənin gedişində hesabı bərabərləşdirib, son saniyələrdə vurulan qolla qələbə qazanıb.

HƏBİB

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"