“Həvəskar hakim belə səhv etsəydı, onu haradasa başa düşmək olardı, ancaq...” - VİDEO

26 Oktyabr 2022 19:00 Qalmaqal 631
“Həvəskar hakim belə səhv etsəydı, onu haradasa başa düşmək olardı, ancaq...” - VİDEO

“Təəssüf ki, bu hadisə Premyer Liqada, özü də təcrübəli bir hakimin idarə etdiyi oyunda baş verib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Rəhim Həsənov deyib.

Azərbaycan Premyer Liqasının 11-ci turunda qeyri-adi hal baş verib. “Səbail” və “Sumqayıt” arasında keçirilən matçın (0:0) 90+4-cü dəqiqəsində gərgin anlar yaşanıb.

Belə ki, Bayıl klubunun futbolçuları topu yan xəttdən oyuna daxil edib. Lakin hakim həmin vaxt ofsayd qərarı verib. Bayrağını qaldıran laysman isə Cavanşir Yusifov olub.

Qaydalara görə isə yan xətdən top oyuna daxil edilərkən, ofsayd qeydə alına bilməz.

Qarşılaşmanı İnqilab Məmmədov idarə edib. “Səbail”ın futbolçularının bir çoxu referiyə etiraz bildirsə və vəziyyəti izah etməyə çalışsa da, baş hakim fikrindən daşınmayıb və laysmanın qərarını təsdiqləyib.

İnqilab Məmmədov Premyer Liqanın 6-cı turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda (4:3) da qalmaqallı qərarla yadda qalmışdı. Həmin vaxt da top yan xəttdən çıxmışdı və hakim yanlış tərəfin leyhinə qərar vermişdi.

Sabiq FİFA referisi hadisəyə bu cür qiymət verib:

“Yan xətt hakimi Cavanşir Yusifovun beynəlxalq dərəcəsi var. İnqilab Məmmədov isə illərdir Premyer Liqaya təyinat alır.

Əslində, Bayıldakı oyunda qeydə alınan epizodu geniş şərh etməyə ehtiyac yoxdur. Sadə epizoddur.

Qaydalarda açıq yazılıb ki, yan xətdən atılan top ofsayd sayılmır. Şəxsən mən karyeram ərzində belə hadisə ilə qarşılaşmamışam.

Amma bunu başqa yerdə, həvəskarların çempionatında görmüşəm. Həvəskar hakim belə səhv etsə, onu haradasa başa düşmək olardı.

Peşəkar liqaya təyinat alan İnqilab və Cavanşir bir az ayıq olmalıydı. Gərək baş hakim məsuliyyəti öz üzərinə götürüb laynsmana deməli idi ki, bayrağı aşağı sal, top autdan atılıb”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!