CAS UEFA-nın azərbaycanlı funksionerlə bağlı “ömürlük” qərarını qüvvədə saxladı

6 Oktyabr 2022 16:20 Qalmaqal 631
CAS UEFA-nın azərbaycanlı funksionerlə bağlı “ömürlük” qərarını qüvvədə saxladı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" ın sabiq mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.

Sportinfo.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" isə 100 000 avro cərimələnib.

İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"