Kapitandan qarışdığı İNSİDENT haqda bunları dedi: “Az qala...”

13 May 2022 21:20 Qalmaqal 782
Kapitandan qarışdığı İNSİDENT haqda bunları dedi: “Az qala...”

“Sumqayıt”la “Qarabağ”ın təxirə salınmış oyunundan ağdamlılar 5:0 hesablı darmadağınla ayrıldı.

Matç başa çatan kimi çempion futbolçular qələbənin dadını çıxaranda qonaq oyunçuların məyusluğunu başa düşmək olardı.

Lakin həmin anda baş verən münaqişə çoxlarının təəccübünə səbəb oldu. Öncə Murad Xaçayevlə Qara Qarayev arasında gərginlik yaşandı, ardınca Vüqar Mustafayev Kevin Medinanın yaxasından itələdi ki, kolumbiyalı rəqibinin üzərinə yeridir.

Lakin ətrafdakıların çevikliyi sayəsində baş verə biləcək ciddi insidentin qarşısı vaxtında alındı.

Mübahisənin nədən qaynaqlandığını, kimin “bostanına daş atıldığını” öyrənmək məqsədi ilə Vüqarla əlaqə saxladıq.

Kapitan Sportinfo.az-a açıqlamasında detallara varmaq istəmədiyini dedi:

“Orada ciddi heç nə olmayıb. Futbolda az qala hər oyunda bu cür mübahisələr yaşanır. Əsəbi oluruq, nəsə xoşumuza gəlmir, hislərimizə hakim ola bilmirik.

Ona görə də açıqlama verməyi məqsədəuyğun saymıram. Sizdən də xahişim budur ki, söhbəti şişirtməyin”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti