Putindən Qarabağa dair açıqlama

2 Dekabr 2020 17:30 Problem 743
Putindən Qarabağa dair açıqlama

“Rusiya Qarabağdakı insanlara humanitar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyindəki bütün tərəfdaşların cəlb olunmasında maraqlıdır”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının onlayn sammitində bildirib.

“Rusiya tərəfi İrəvan və Bakı ilə koordinasiyalı şəkildə onsuz da bütün bu məsələlərlə məşğul olur. Təbii ki, KTMT və MDB-dəki bütün tərəfdaşlarımızın humanitar səylərinə qoşulmaqda maraqlıyıq. Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını da müzakirə edirik”, - deyə Putin sözlərinə əlavə edib.

Putin bildirib ki, Dağlıq Qarabağdakı müharibə zonasında əziyyət çəkən insanlara ortaq şəkildə yardım göstərmək vacibdir:

“İndi döyüş əməliyyatları zonasında təsirlənmiş insanlara birgə yardım göstərməliyik. Qaçqınların geri qaytarılması ilə bağlı humanitar problemlərin həllinə, məhv edilmiş infrastrukturun bərpasına, tarix, din və mədəniyyət abidələrinin qorunmasına köməklik göstərin”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!