Premyer Liqa və Divizionun oyun "bazar"ından necə xəbər tutmalı?

26 Noyabr 2020 09:20 Problem 397
Premyer Liqa və Divizionun oyun "bazar"ından necə xəbər tutmalı?

Sportinfo.az xəbər verir ki, Premyer Liqa və I Divizion oyunlarına təyinat alan hakimlər üçün danışılmış oyunlarla bağlı Bakı Olimpiya Stadionunda seminar keçirilib.

"Report"un məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Hakimlərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər: https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"