Ermənilər bu rayonda stadionu dağıdıb, yerində… - FOTO

23 Noyabr 2020 14:40 Problem 748
Ermənilər bu rayonda stadionu dağıdıb, yerində… - FOTO

Sportinfo.az xəbər verir ki, işğalçı erməni ordusu Cəbrayıl şəhər stadionunu «yer üzündən silib».

Vaxtilə «Xudafərin» və «Çinar»ın ev oyunlarını keçirdiyi arena əkin sahəsinə çevrilib.

Həmin ərazidən bostan məhsullarının əkilməsi üçün istifadə olunub.

Cəbrayılı azad edən əsgərlərimiz belə bir şok mənzərə ilə qarşılaşıb. Məlum olub ki, rayon ərazisində cəmi bir salamat futbol meydançası var.

Bu da ermənilərin şəhər mərkəzində tikdiyi hərbi hissənin yaxındığıında tikilən qurğudur. Hansı ki, həmin bu kiçik arena hərbçilərin və onların ailə üzvlərinin istifadəsi üçün nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti