Koronavirusa yoluxanların sayı 16-ya çatdı – Milli komandada

22 Noyabr 2020 15:40 Problem 685
Koronavirusa yoluxanların sayı 16-ya çatdı – Milli komandada

Uruqvay milli komandasının daha bir üzvündə koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, “Kalyari”nin şərəfini qoruyan Dieqo Qodinin koronavirus testi pozitiv nəticələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvay millisinin düşərgəsindən qayıdan futbolçunun koronavirus testi pozitiv olub və o, karantinə alınıb.

Bununla da, Uruqvay millisində koronavirusa yoluxanların sayı 16-ya çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM