Millimizlə oyunu buraxdı, sonra bildi ki, aldanıb

20 Noyabr 2020 16:40 Problem 698
Millimizlə oyunu buraxdı, sonra bildi ki, aldanıb

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun Azərbaycanla oyununu buraxan Lüksemburq yığmasının futbolçusu Antoni Moris növbəti dəfə koronavirus testindən keçib.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qapıçıdan götürülmüş ikinci analizin nəticəsi mənfi çıxıb. Belçikanın "Virton" klubunda çıxış edən təcrübəli qolkiperin infeksiyaya yoluxmadığı məlum olub.

Moris yanlışlıq səbəbindən qrup mərhələsinin son turunun oyununda iştirak edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM