Rusiyalı nazirdən Qarabağla bağlı SON AÇIQLAMA

17 Noyabr 2020 14:10 Problem 971
Rusiyalı nazirdən Qarabağla bağlı SON AÇIQLAMA

“Rusiya artıq uzun müddətdir Dağlıq Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdır”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BQXK prezidenti Peter Maurer ilə görüşdə bildirib.

“İndi qarşılıqlı fəaliyyət üçün daha bir sahəyə malikik, mən Dağlıq Qarabağı nəzərdə tuturam. Bir həftə əvvəl Azərbaycan-Rusiya Prezidentləri və Ermənistan Baş naziri üçtərəfli bəyanat imzalayıb. Qırmızı Xaç Komitəsi bu bölgədə işləyir. Fəal inkişaf edən əməkdaşlığımızı gücləndirməkdə maraqlıyıq”,- deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbəri xatırladıb ki, Rusiya və BQXK bir çox bölgədə ənənəvi sıx əməkdaşlığa malikdir.

“Bizim təmaslarımız müntəzəm xarakter daşıyır və birlikdə işlənəcək məsələlər var, çünki təəssüf ki, dünyada humanitar böhranların və münaqişələrin sayı azalmır”,- deyə Lavrov bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti