AFFA Qəhrəman Əliyevə görə tapşırıq verdi: "Köməklik göstərməyə hazırıq"

17 Noyabr 2020 18:00 Problem 839
AFFA Qəhrəman Əliyevə görə tapşırıq verdi: "Köməklik göstərməyə hazırıq"

«Qəhrəman Əliyevin koronavirusa yoluxmasından xəbərdarıq»

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Azərbaycan çempionatında ən çox oyun keçirmiş iki baş məşqçidən biri olan Qəhrəman Əliyev bir həftədən artıqdır xəstəxanaya yerləşdirilib.

Əvvəlcə Masallıda həkim nəzarətinə götürülən mütəxəssis 3 gün öncə Bakıya gətirilib. O, paytaxtın ən böyük hospitallarından birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Süni nəfəsalma aparatına qoşulan Əliyevin vəziyyəti bugünlər ərzində qeyri-sabit olaraq qalmaqdadır. Həkimlər onun sağlıq durumunu qeyri-kafi qiymətləndirir.

Ağciyərinin 20 faizi «buzlaşan» Qəhrəman bəyin xəstəliyini səhhətində üzə çıxan digər problemlər bir qədər də şiddətləndirib.

Məşqçinin yaxınlarının bildirdiyinə görə, AFFA-dan onun vəziyyəti ilə maraqlanıblar. F.Abdulla bildirib ki, qurum olaraq Q.Əliyevin durumunu diqqət mərkəzində saxlayırlar:

«AFFA-dan Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadəyə tapşırıq verilib ki, onun ailə üzvləri ilə əlaqə saxlanılsın.

Hər hansı formada yardım göstərilməsinə ehtiyac varsa, bu, ediləcək. Mən özüm də Sakin müəllimlə danışmışam, deyib ki, Qəhrəman Əliyevin qohumları ilə vəziyyəti müzakirə edib, AFFA-ya məlumat verəcəm. Bu mənada, AFFA köməklik göstərməyə hazırdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti