Xəstəxanaya yerləşdirilən azərbaycanlı məşqçidən YENİ XƏBƏR

17 Noyabr 2020 09:40 Problem 737
Xəstəxanaya yerləşdirilən azərbaycanlı məşqçidən YENİ XƏBƏR

Azərbaycan çempionatında ən çox oyun keçirmiş iki baş məşqçidən biri olan Qəhrəman Əliyev bir həftədən artıqdır xəstəxanaya yerləşdirilib.

Əvvəlcə Masallıda həkim nəzarətinə götürülən mütəxəssis 3 gün öncə Bakıya gətirilib.

O. paytaxtın ən böyük hospitallarından birinin reanimasiya şöbəsinə yerləşdirilib. Süni nəfəsalma aparatına qoşulan Əliyevin vəziyyəti bugünlər ərzində qeyri-sabit olaraq qalmaqdadır.

Həkimlər onun sağlıq durumunu qeyri-kafi qiymətləndirir. Ağciyərinin 20 faizi «buzlaşan» Qəhrəman bəyin xəstəliyini səhhətində üzə çıxan digər problemlər biri qədər də şiddətləndirib.

Məşqçinin yaxınlarının Sportinfo.az-a bildirdiyinə görə, AFFA-dan onun vəziyyəti ilə maraqlanıblar. Həmçinin bir çox futbol adamları dəstək məqsədilə onlarla əlaqə saxlayıblar.

Redaksiyamıza məlumat verilib ki, yerləşdirildiyi xəstəxananın həkimləri Q.Əliyevdən növbəti dəfə test götürüb, lakin nəticələri barədə konkret söz demirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti