"Bəlkə nikbinəm, yoluxma yazdan əvvəl bitəcək və AVRO-2020 keçiriləcək”

17 Noyabr 2020 11:00 Problem 762
"Bəlkə nikbinəm, yoluxma yazdan əvvəl bitəcək və AVRO-2020 keçiriləcək”

“Millətlər Liqasının oyunları keçirilməsəydi, bir çox ölkənin futbol federasiyasında maliyyə problemi yaranacaqdı.

Futbolçuların yığma forması altında çıxış etmələri onlar üçün fəxrdir”.

Sportinfo.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyal futbol funksioneri koronavirus pandemiyası səbəbindən gələn ilə təxirə salınan Avropa çempionatının baş tutacağına əmindir: “AVRO-2020-nin planlaşdırılan tarixdə oynanılacağını düşünürəm.

Bu yöndə çalışmalarımız davam edir. Əminəm ki, turniri təxirə salmayacağıq. Ancaq bir dəyişiklik ediləcəksə, bunu diqqətdə saxlayacağıq. Bəlkə nikbinəm, amma yoluxma yazdan əvvəl bitəcək və AVRO-2020 keçiriləcək”.

AVRO-2020 gələn il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyunu təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti